...

Aygün Kazımova üç gündən sonra Bakıya qayıdır

Cəmiyyət Materials 2 Noyabr 2007 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /müx. TrendLife Günel Əhmədova/ Xəbər verdiyimiz kimi, Aygün Kazımovanın oktyabrın 31-də keçirdiyi plastik cərrahiyyə əməliyyatı uğurla başa çatıb. Müğənni ilə əlaqə saxlayan TrendLife müxbirinə müğənni bildirib ki, özünü yaxşı hiss edir və heç bir ağrı yoxdu. 3 gündən sonra Bakıya qayıtmağı düşünən Aygün xanım belə bir açıqlama verib: "Cərrahiyyə əməliyyatı keçirdiyim klinikaya gün ərzində onlarla azərbaycanlı zəng vurub, səhhətimi xəbər alıb. Həkimim Nekrasovun da telefonuna zənglər gəlməkdə davam edir. Sizin vasitənizlə demək istəyirəm ki, narahat olmayın, hər şey qaydasındadır. Bir neçə gündən sonra Bakıya gəlib, pərəstişkarlarımdan ibarət ordu ilə görüşəcəm".

Müğənni mətbuat konfransı keçirəcəyini də istisna etməyib.

Xəbər lenti

Xəbər lenti