...

Müğənni Elza Seyidcahan türk qızı Beyzanın obrazını yaradacaq

Cəmiyyət Materials 3 Noyabr 2007 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr/müx. TrendLife Şahin Cavadsoy/

"Bu şəhərdə"nin əsas hədəflərindən olan Elza Seyidcahan TrendLife-a verdiyi açıqlamada Rafael-Coşqun cütlüyünü bağışladığını söyləyib: "Coşqunla Rafael "ATV" kanalının "Xalq parad" verilişini parodiya edəndə təbii ki, çox zarafatlara yol verdilər. Mən buna normal münasibət göstərdim. Biz neçə illərdir dostuq. Mən sağlam gülüşün tərəfdarıyam. Onlar hətta məndən "İncimə" adlı mahnımı oxumağı xahiş etdilər. Mən də oxudum və sübut etdim ki, inciməmişəm".

"Bu şəhərdə" sakinlərinin xatirinə Türkiyə səfərini təxirə saldığını etiraf edən müğənni bir filmə çəkiləcəyini də gizlətmədi: "Səfərimin tam təfərrüatını açıqlamaq istəmirəm. Bircə onu deyə bilərəm ki, orada bir filmdə çəkilməyə dəvət almışam. Oynayacağım obrazın adı isə Beyzadır".

Xəbər lenti

Xəbər lenti