...

Azərbaycan MOK-un vitse-prezidenti: "Namizədliyini irəli sürən şəhərlər üçün məhdudiyyətlər mövcuddur"

Cəmiyyət Materials 8 Noyabr 2007 15:55 (UTC +04:00)
Azərbaycan MOK-un vitse-prezidenti: "Namizədliyini irəli sürən şəhərlər üçün məhdudiyyətlər mövcuddur"

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ "Olimpiya oyunlarının keçirilməsinə namizədliyini irəli sürən şəhərlər üçün Beynəlxalq Olimpiya Komitəsi bir sıra məhdudiyyətlər irəli sürür". Bu barədə Trend ə ölkənin Milli Olimpiya Komitəsinin (MOK) vitse-pezidenti Çingiz Hüseynzadə məlumat verib.

O qeyd edib ki, müəyyənləşdirilmiş qaydaya uyğun olaraq Bakı öz xeyrinə təşviqat kampaniyası apara və özünü reklam edə bilməz. "Bu ərizə kitabının təhvil verilməsindən sonra mümkün olacaq, sənədin göndəriləcəyi son tarix 2008-ci il yanvarın 14-dür. Yalnız bundan sonra 2016-cı il Olimpiya oyunları uğrunda tamhüquqlu mübarizə aparmaq, reklamlar çəkmək, müxtəlif reklam çarxları hazırlamaq olar" - deyə Hüseynzadə bildirib.

Məhz Bakının namizədliyini irəli sürməsi səbəbindən BOK-un üzvləri MOK-un ildönümünün qeyd edilməsi zamanı Azərbaycana gəlməyiblər.

Xəbər lenti

Xəbər lenti