...

Azərbaycan rəqqasəsi Məryəm Süleymanova Moskva festivalına hazırlaşır

Cəmiyyət Materials 14 Noyabr 2007 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr/müx. TrendLife Şahin Cavadsoy/

"Sənət təkcə mahnı oxumaqdan ibarət deyil. Musiqini gözəlləşdirən, ona rəng qatan rəqslərdir". Bu açıqlama TrendLife-ın müxbiri ilə söhbətində tanımış rəqqasə Məryəm Süleymanovanın dilindən səsləndi: "Deyirlər ki, şou-biznesdə ancaq müğənnilər ön plana çəkilməlidir. Bəs, rəqqasələr nə etsin? Sənətin sirlərinə yiyələnmiş rəqqasələr, yalnız el şənliklərində çıxış etməklə kifayətlənməlidirlər? Bu sualları qətiyyən özümə yönəltmirəm. Ona görə ki, mən - Məryəm Süleymanova sözümü çoxdan demişəm".

Yaradıcılığındakı yeniliklərindən də danışan Məryəm xanım, noybarın axırı-dekabrın əvvəllərində Rusiyanın paytaxtı Moskvada keçiriləcək bir festivala da qatılacağını da bildirdi: "Bu müsabiqə neçə ildir ki, keçirilir. "Sən də öz rəqsini göstər" adlı festivalda, çox güman ki, mən vətənimizi təmsil edəcəyəm. Hələ danışıqlar tam yekunlaşmadığından, ətraflı məlumat verə bilmərəm. Lakin, hansı səhnədə çıxış etməyimdlən asılı olmayaraq, Azərbaycanmızın üçrəngli bayrağını dalğalandırmağı həmişə özümə şərəf bilirəm".

Xəbər lenti

Xəbər lenti