...

Azərbaycan türkdilli dövlətlərin Elmlər Akademiyasının yaradılması ideyasını dəstəkləyir - təhsil naziri

Cəmiyyət Materials 20 Noyabr 2007 14:43 (UTC +04:00)
Azərbaycan türkdilli dövlətlərin Elmlər Akademiyasının yaradılması ideyasını dəstəkləyir - təhsil naziri

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Çərşənbə axşamı təhsil naziri Misir Mərdanovun jurnalistlərə verdiyi məlumata görə, Azərbaycan türkdillii dövlətlərin Elmlər Akademiyasının yardılması ideyasını tam dəstəkləyir.

Ümumi Elmlər Akademiyasının yaradılması təşəbbüsü ilə Azərbaycan və Türkiyə rəhbərləri noyabrın 17-19-da türkdilli dövlətlərin Bakıda keçirilən dostluq, qardaşlıq və əməkdaşlıq üzrə X I qurultayında çıxış ediblər. Nazirin sözlərinə görə, Azərbaycan, öz növbəsində, bu ideyanın reallaşması üçün əlindən gələni etməyə hazırdır. "Türkdilli dövlətlərin ümumi dilinin yaradılması bir qədər problemli məsələdir" - deyə nazir hesab edir.Bunun üçün əvvəlcə türkdilli dövlətlərin təhsil, mədəniyyət sahəsində əlaqələrini möhkəmləndirmək və ümumi dilə malik kanal yaratmaq lazımdır.

Qurultayda 30 ölkdən 550 qonaq, eləcə də, Azərbaycan prezidenti, Türkiyənin Baş naziri, türkdilli dövlətlərin yüksəkvəzifəli şəxsləri iştirak ediblər.

Qurultayda Dağlıq Qarabağ münaqişəsi, Şimali Kiprin beynəlxalq təcridinə son qoyulması, İran və Əfqanıstan türklərinin vəziyyəti, məshəti türklərinin vətənə qayıtması problemi müzakirə olunub.

Tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Monqolustan, Türkiyə və Azərbaycandan olan nümayəndələr iştirak ediblər. Rusiya Federasiyasının Altay, Başqırdıstan, Çuvaşiya, Dağıstan, Kabarda-Balkar, Tatarıstan, Qaraçay-Çərkəz respublikalarından, Krım, Rumıniya, Bolqarsıtan, Kosovo və Qərbi Traykanın yunan regionundan olan nümayəndələr də bu yüksək tədbirdə iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti