...

Şəhriyar Məmmədyarovun 1/16 kubokda rəqibi Avropa çempionu ola bilər

Cəmiyyət Materials 29 Noyabr 2007 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun Dünya Kubokunun Hanta-Mansiyskdə keçirilən 1\16 finalı üzrə oyunlarında rəqibi Fransadan olan Avropa çempionu Vladislav Tkaçev ola bilər.

Bu, şahmatçı taym-breykdə bolqar İvan Çeparinova qalib gələcəyi təqdirdə mümkün ola bilər. Rəqiblər arasında birinci iki görüş heç-heçə bitib və indi onlar taym-breykdə ən güclünü müəyyən etməlidirlər. Tkaçev Azərbaycanın şahmat sevərləri ilə yaxından tanışdır, sentyabr ayında o, Bakıda qadınlar arasında keçirilən beynəlxalq turnirin bağlanma mərasimində iştirak edib.

1\32 final çərçivəsində Şəhriyar Xorvatiyadan olan Zdenko Kozula qalib gəlib.

Xəbər lenti

Xəbər lenti