...

Hüquq müdafiəçiləri həbsdə olan jurnalistlə görüşə icazə alıblar

Cəmiyyət Materials 30 Noyabr 2007 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Hüquq müdafiəçiləri Arzu Abdullayeva və Səidə Qocamanlı həbsdə olan jurnalist Sakit Zahidovla görüşmək üçün, bu gün Ədliyyə Nazirliyindən razılıq alıblar. Bu barədə Trend ə Arzu Abdullayeva məlumat verib.

Sakit Zahidovun həyat yoldaşı Rəna Zahidova cümə axşamı mətbuat konfransı keçirərək bildirib ki, 10 günə yaxındır aclıq keçirən ərinin vəziyyəti pisləşib. Qadın hüquq müdafiəçilərini Zahidova baş çəkməyə çağırıb.

İki hüquq müdafiəçisinin bazar ertəsi - dekabrın 3-də Zahidovla görüşməsinə Ədliyyə Nazirliyindən artıq icazə verilib.

"Azadlıq" qəzetinin əməkdaşı Sakit Zahidov Bakının 14 saylı cəzaçəkmə müəssisəsində məhkum həyatı yaşayır. O, məhkəmənin hökmü ilə "qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama" cinayətində təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti