...

"Neftçi" FK-nın hücumçusu bombardirlər siyahısında yenidən liderliyə çıxıb

Cəmiyyət Materials 3 Dekabr 2007 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ "Neftçi" futbol klubunun hücumçusu Branimir Subaşiç Azərbaycan Çempionatının bombardirləri siyahısında öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmlədib. "ABN-Bərdə"yə qarşı qonaq oyununda iki top vuran serbiyalı 13 turdan sonra vurulan on topla siyahıda birinci yerdədir. Bununla yanaşı, ikinci pillədə "İnter"dən Xaqani Məmmədov qərarlaşıb. Siyahıda üçüncü yeri "Olimpik"li Junivan, "Qəbələ"li Vitaliy Balamestnıy və "Standart"ın rəngini qoruyan Anatoliy Doroş bölüşürlər. Keçən tur "Gənclərbirliyi" ilə oyunda het-trik edən Anatoliy Doroş üçün daha məhsuldar olub.

Xəbər lenti

Xəbər lenti