...

Dövlət Komitəsi Azərbaycana gətirilən 100 min zərərli dini kitabı məhv edib

Cəmiyyət Materials 4 Dekabr 2007 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yayımı qadağan olunan dini kitabların ölkəyə gətirilməsinin qarşısını almaq üçün hüquq-mühafizə orqanları ilə birgə mübarizəni gücləndirib. "Son bir ildə Azərbaycana idxal olunan 100 minə qədər yayımı qadağan olunan kitab hüquq-mühafizə orqanları ilə birgə aşkarlanaraq zərərli kitablar kimi məhv edilib" çərşənbə axşamı Trend ə DQİDK-nin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Gündüz İsmayılov bildirib.

Dini Komitə Azərbaycanda dinlər arasında ixtilaf yarada biləcək, dövlətçiliyə qarşı yönəlmiş dini kitabların yayımına qadağa qoyub. Ölkəyə gətirilən dini kitabların hamısı gömrük məntəqələrində yoxlanılır. Komitənin icazəsindən sonra dini kitabların ölkəyə daxil olub-olmaması müəyyənləşdirilir.

İsmayılov deyib ki, hesabat dövründə Dövlət Komitəsinin dinşünaslıq ekspertiza sektoru müraciət olunan 400 dini kitaba rəy verib. Onlardan 100-nə isə mənfi rəy verilib. Bu kitablar arasında islamın radikal təriqətlərini təbliğ edən və xristianyönümlü kitablar da var.

Xəbər lenti

Xəbər lenti