...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində islahatlar aparılıb

Cəmiyyət Materials 6 Dekabr 2007 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda dini maarifləndirmə işinin gücləndirilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) islahatlar aparılır. DQİDK-nin mətbuat xidmətindən cümə axşamı Trend ə bildiriblər ki, komitənin strukturunda yeni qurum - Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsi yaradılıb.

DQİDK Azərbaycanda vəhhabi adı altında fəaliyyət göstərən radikal dini qrupların fəaliyyətinin qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirilir. Komitə artıq bu məqsədlə bölgələrdə 150 seminar-treninq keçirib. Bu seminarların keçirilməsinin məqsədlərindən biri radikal dini təriqətlərlə bağlı cəmiyyəti məlumatlandırmaqdır. Komitə, həmçinin maarifləndirici dini kitabların nəşrinə də başlayıb.

Məlumata görə, yeni qurumun yaradılmasında əsas məqsəd dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının istehsal və idxalına, dini sahədə cərəyan edən hadisələrə nəzarətin gücləndirilməsidir. Şöbənin fəaliyyətinin əsas iş istiqamətləri dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının ekspertizasının keçirilməsi, ölkədə dini durumun öyrənilməsi, təhlil edilməsi, dini maarifləndirmə işinin təşkili və Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələrinin daha da möhkəmləndirilməsidir.

Xəbər lenti

Xəbər lenti