...

Bu gün festivalda Azərbaycan filmləri qiymətləndiriləcək

Cəmiyyət Materials 12 Dekabr 2007 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Bu gün "İbrus" Teatrında Turist Filmləri Festivalının ikinci günü keçiriləcək. TrendLife-ın verdiyi məlumata görə, bu gün münsiflər səkkiz filmə baxacaqlar. Bu filmlərin arasında İlqar Safatın "Nərimanfilm" studiyasında lentə aldığı "Qobustana qayıdış" filminin adını xüsusi vurğulamaq istərdik. Adıçəkilən filmin prodüseri Nəriman Məmmədovdur. Münsiflər bundan əlavə, Əli İsa Cabbarovun "Gəldim, Gördüm, Sevdim" və rejissor Leyla Səfərovanın "Azərbaycan Respublikasının mayakları" filminə də qiymət verəcəklər.

Xəbər lenti

Xəbər lenti