...

"AzərReyl" Çempionlar Liqasının "B" qrupunda üçüncü yerdə qərarlaşıb

Cəmiyyət Materials 12 Dekabr 2007 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycan qadın voleybol klubu "AzərReyl" ev oyununda Polşanın "Kalisiya" komandasına 2:3 hesabı ilə məğlub olaraq "B" qrupunda üçüncü yerdə qərarlaşıb. Qrupda üçüncü yer tutmalarına baxmayaraq, bu yer aralıqdır. Belə ki, "Fenerbahçe" və Odinçovodan olan "Zareçya" yalnız dekabrın 12-də qarşılaşacaqlar. Sonuncu səfər oyununda dördüncü yerdə gedən türkiyəlilər qələbə çaldıqları halda "AzərReyl"i üçüncü yerdən sıxışdıra biləcəklər. Vəziyyəti düzəltmək üçün dəmiryolçular qrupda pley-offa çıxmaq üçün üçüncü yer uğrunda mübarizə apardıqları "Kalisiya"ya qarşı səfər oyununda mütləq qələbə qazanmalıdırlar.

Xəbər lenti

Xəbər lenti