...

Xanəndə Nəzakət Teymurova Almaniyada konsert verəcək

Cəmiyyət Materials 14 Dekabr 2007 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /müx. TrendLife Günel Əhmədova/

Xalq artisti Nəzakət Teymurova Almaniyadan dəvət alıb. Xanəndə gələn ilin fevral ayında bu ölkəyə səfər edəcək. N.Teymurova TrendLife-a onu da deyib ki, hazırda konsertin hansı şəhərdə baş tutacağı dəqiqləşdirilir. Xanəndə konsert salonunun adının da hələ müəyyənləşmədiyini qeyd edib.

Söhbət əsnasında öyrəndik ki, xanəndə xanım konsertdə korifey bəstəkarların əsərləri, xalq mahnıları və muğamlar səsləndirəcək. Qeyd edək ki, bu, Nəzakət xanımın Almaniyaya beşinci səfəri olacaq.

Xəbər lenti

Xəbər lenti