...

Observatory-guam.orq saytının təqdimatı olub

Cəmiyyət Materials 19 Dekabr 2007 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı / Yeni yaradılmış "GUAM ölkələrinin mədəniyyət siyasəti üzrə informasiya observatoriyası" veb-saytı GUAM ölokələrinin mədəniyyətlərini birləşdirən informasiya mərkəzi olacaq. Bu fikirləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çərşənbə günü "GUAM ölkələrinin mədəniyyət siyasəti üzrə informasiya observatoriyası" veb-saytının təqdimat mərasimində bildirib.

Qarayev qeyd edib ki, bu İnternet səhifə GUAM ölkələrinin mədəniyyət və turizm sahələrinə aid informasiya, təcrübə və mütəxəssis mübadiləsi rolunu oynayacaq. Həmçinin GUAM ölkələrinin birgə proqram və layihələr həyata keçirməsinə yeni imkanlar yaradacaq.

"YUNESKO-nun dəstəklədiyi bu layihə GUAM çərçivəsindən kənara çıxıb, Yaponiyadan tutmuş Fransaya qədər çox ölkələrin böyük marağına səbəb olub. Mədəniyyətlər arasında körpü rolunu oynayan bu observatoriyadan qiymətli məlumatlar ala biləcəyik ", nazir bildirib. O əlavə edib ki, veb-sayt geniş auditoriya üçün nəzərdə tutulub.

Observatory-guam.orq saytı GUAM ölkələrinin mədəniyyət və incəsənətinin müxtəlif sahələrinə aid informasiyaları özündə birləşdirir.

Xəbər lenti

Xəbər lenti