...

"Kəpəz" futbol klubu Milli Çempionatın növbəti mövsümündən iştirak edəcək

Cəmiyyət Materials 19 Dekabr 2007 13:58 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhərinin peşəkar futbol klubu gələn il keçiriləcək Milli Çempionatda iştirak edəcək. "Kəpəz" futbol klubuna sponsorluq etmək istəyən bir neçə iş adamı klubla maraqlanır", çərşənbə günü Trend ə şəhər Gənclər və İdman İdarəsinin rəisi Möhsün Hüseynov bildirib.

"Kəpəz" komandası maliyyə çətinliyi ucbatından dağılıb və iki dəfə Milli Çempionatda iştirak edə bilməyib. Ənənəvi futbol tarixinə malik olan komanda ikinci ildir ki, futbol üzrə Milli Çempionatda iştirak etmir. "Kəpəz" 3 dəfə ölkə çempionu və 4 dəfə kubokunun sahibi olub. Həmçinin ölkə çempionatlarında bir gümüş, bir bürünc medal qazanıb.

Hüseynovun sözlərinə görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da kluba sponsorun tapılması istiqamətində mütəmadi işlər aparır. "Ölkənin ikinci böyük şəhəri və tarixi futbol ənənəsi olan Gəncənin komandasının olmaması bizim üçün utandırıcı haldır" Hüseynov əlavə edib. İdarə rəisi bildirib ki. klubun saxlanılması üçün il ərzində ən azı 1 milyon manat vəsait lazımdır. Hüseynov qeyd edib ki,fevralda kluba sponsor edəcək təşkilatın adı ictimaiyyətə açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti