...

Azərbaycan prezidenti "Təzə Pir" və "Əjdər bəy" məscidlərinin və Bibi-Heybət kompleksinin yenidənqurma işləri ilə tanış olub

Cəmiyyət Materials 20 Dekabr 2007 18:42 (UTC +04:00)
Azərbaycan prezidenti  "Təzə Pir" və  "Əjdər bəy" məscidlərinin və Bibi-Heybət kompleksinin yenidənqurma işləri ilə tanış olub

Azərbaycan, Bakı/ Trend , müxbir E.Hüseynov, Y.Əliyev/ Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı, bütün dünya müsəlmanlarının Qurban bayramını qeyd etdiyi bir gündə "Təzə Pir" və "Əjdər bəy" məscidlərində və Bibi-Heybət kompleksində aparılan yenidənqruma işləri ilə tanış olub. "Təzə Pir" məscidinin ziyarəti zamanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyxülislam hacı Allahşükür Paşazadə məlumat verib ki, ümumi sahəsi 7600 kv.m olan kompleksin 6000 kv.m sahəsində tikinti işləri aparılır. Onun sözlərinə görə, məscid günbəzinin yenidənqurulması zamanı 320 kv.m sahəyə qızıl təbəqə çəkilib. Dövlət başçısı mehmanxana, 300 nəfərlik konfrans zalı, Bakı İslam Universiteti, QMİ-nin yeni inzibati binası, digər obyektlərlə tanış olub və görülən işlərdən razı qalıb. Prezident Əliyev yekun tikinti işləri ilə bağlı tapşırıqlar verib. Şeyxülislam bildirib ki, "Təzə Pir" və "Əjdər bəy" məscidlərinin yenidən quruluması 2008-ci ilədək başa çatdırılacaq. Ölkəmizin başçısı, həmçinin, Bibi-Heybət kompleksinin və məscid ətrafındakı yolun genişləndirilməsi ilə əlaqədar tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti