...

Erməni əsirliyində 550 Azərbaycan vətəndaşı qətlə yetirilib

Cəmiyyət Materials 10 Yanvar 2008 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan-Azərbaycan müharibəsi başlandığı dövrdən indiyədək erməni əsirliyində 550 Azərbaycan vətəndaşı qətlə yetirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda bildirilir ki, əsir və girovluqda qətlə yetirilənlərin 104 nəfəri qadın, 446-sı kişidir, 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.

Dövlət Komissiyası Işçi qrupu tərəfindən ötən il aparılmış araşdırma zamanı Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 231 nəfərin (sağ - 79 nəfər, həlak olmuş - 75 nəfər, siyahıda təkrar keçdiyi aşkarlanmış - 77 nəfər) taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb.

Bu ilin əvvəlinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354nəfər təşkil edib. Onlardan 3503-ü hərbçi, 841-i mülki şəxslərdir. Mülki şəxslərdən 47-si uşaq (16 nəfər azyaşlı qız), 268-i qadın, 371-i yaşlı şəxsdir.

Əsir və girovluqdan 1393nəfər azad edilib. Onlardan 343-ü qadın, 1050-si kişi, 168-i uşaq, 289-u qocadır.

Xəbər lenti

Xəbər lenti