...

Avropa İttifaqı həbsdə olan üç Azərbaycan jurnalistinin azad edilməsini arzulayır

Cəmiyyət Materials 10 Yanvar 2008 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar / Trend , müxbir K.Ramazanova / Avropa İttifaqı beş jurnalistin azad olunmasını yüksək qiymətləndirir. Bu haqda Aİ-nin saytında məlumat verilib.

Azərbaycan prezidentinin məhkum edilmiş jurnalistləri əhv etməsi, söz azadlığı sahəsində Beynəlxalq və Avropa strukturları qarşısında götürdüyü öhdəliklər yolunda uğurlu addımdır.

Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən, 119 məhkum, o cümlədən altı jurnalist azadlığa buraxılıb.

"Avropa İttifaqı tezliklə həbsdə olan üç jurnalistin azad olmasını arzulayır və hesab edir ki, bu addım "Diffamasiya haqqında" Qanunun qəbul edilməsi istiqamətində uğurlu addımdır", - xəbərdə bildirilib.

Azərbaycan hökumətinin bu addımı Aİ və ölkə arasında olan əməkdaşlığın möhkəmlənməsinə və ölkədə seçkiqabağı xoş ab-hava yaranmasına səbəb olacaq.

"Müxalifət" qəzetinin baş redaktoru və əməkdaşı Rövşən Kəbirli və Yaşar Ağazadə, "Nota-bene" qəzetinin əməkdaşı Fərəməz Allahverdiyev, "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və onun əməkdaşı Rafiq Tağı millətlər, irqlərarası, sosial və dini düşmənçimliyin qızışdırılmasında ittiham olunurlar.

Həbsdə üç jurnalist saxlanılır. Bunlar - dələduzluqda və qəsdən sağlamlığa zərər yetirməkdə ittiham olunan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və onun həmkarı - qanunsuz narkotik saxlamaqda günahlandırılan Sakit Zahidovdur.

Xəbər lenti

Xəbər lenti