...

Azərbaycanın cüdo üzrə yığma komandası Tbilisi turnirinə komanda tərkibini təyin edib

Cəmiyyət Materials 17 Yanvar 2008 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar / Trend , müxbir Z. Səfərov / Azərbaycanın məşqçi heyəti yanvarın 26-27-də Tblisidə keçiriləcək ilin ilk təsnifat turnirinə yığma komandanın üzvlərini təyin edib.

Komandanın məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, Gürcüstanda tatami üzərinə İlqar Miskiyev, Samir Dadaşzadə (hər ikisi 60 kq), Ramil Qasımov, Elçin İsmayılov (hər ikisi 66 kq), Yusif Əlməmədov, Samir İsmayılov (hər ikisi 73 kq), Mehman Əzimov, Elxan Rəcəbov (hər ikisi 81 kq), Elxan Məmmədov, Zaur Bağırov (hər ikisi 90 kq), Mövlüd Mirəliyev, Ruslan Rüstəmov (hər ikisi 100 kq), Rüfət Abbasov və Kənan Əhmədov (hər ikisi + 100 kq) çıxacaqlar.

Komandanın tərkibində həm birincilər, həm də bu ildə ik lisenziya balı qazanmaq üçün çalışan yaxın ehtiyat cüdoçular yer alıb.

Xəbər lenti

Xəbər lenti