...

Bu gecəyə görə V& V Company və ETA Production-a öz dərin minnətdarılğımı bildirirəm-müğənni Lalə Məmmədova

Cəmiyyət Materials 4 Fevral 2008 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /müx. TrendLife Cavid Osmanov/

Azərbaycan Dövlət Opera və Balet teatrında "İlin mahnısı - 2007" adlı konsert proqramı keçirildi. Tədbir ETA Production və V& V Company tərəfindən təşkil olunmuşdur. Mərasim yerli müğənnilərimizin iştirakı ilə keçdi. Bəs, görəsən müğənnilərimiz bu tədbir haqqında nə fikirləşir?

Müğənni Elnur: Mahnımın mükafata layiq görülməsinə çox sevinirəm. Bakıda yox idim, gələn kimi bu şad xəbəri mənə çatdırdılar. İlişayev qardaşlarına və ETA productiona öz dərin minnətdarlağımı bilirirəm.

Müğənni Lalə Məmmədova: V& V Company və ETA Production-nın mənə bu hörmətinə görə minnətdaram. Mahnım onlar tərəfindən seçilib. V& V Company-nin obyektivliyinə şübhəm yoxdur. Sükanı belə saxlayın.

Müğənni Nadir Qafarzadə: Bilirsiniz, bu gün təşkilatçılar tərəfindən seçilən mahnı, həqiqətən də, mükafata layiqdir. "Füzuli Kantatası" Azərbaycan musiqisində sözünü artıq deyib. Sadəcə, mən həmin mahnını yeni aranjemanda oxudum. Təqdim olunan nominasiya bütün Azərbaycan xalqının, Füzuli poeziyasının, Cahangir Cahangirovun mükafatıdır.

Müğənni Faiq Ağayev: V& V Company hər il belə tədbirlər keçirir. Bununla da sübut edir ki, onlar öz işlərində liderdilər. Şou - biznesə hörmətə görə İlişayev qardaşlarına dərin minnətdarlığımı bildirirəm.

Xəbər lenti

Xəbər lenti