...

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant vəzifələrə müsahibə və müsabiqə elan edib

Cəmiyyət Materials 8 Fevral 2008 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı,8 fevral / Trend , müxbir K. Zərbalıyeva/ Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 31 dövlət orqanındakı 536 vakant vəzifəyə müsahibə və müsabiqə elan edib.

Komissiyadan cümə günü Trend ə verilən məlumata görə, müsabiqə və müsahibə 622  vakant yerə keçiriləcək.

Müsabiqəyə 29 dövlət orqanındakı 412 vakan vəzifə üzrə 476 vakant yer, müsahibəyə isə 11 dövlət orqanındakı 134 vakant vəzifə üzrə 146 vakant yer çıxarılıb.

Müsabiqə və müsahibə elan olunan dövlət orqanları sırasına Nəqliyyat, Təhsil, İqtisadi İnkişaf, Mədəniyyət və Turizm, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Statistika Komitəsi, Standartlaşdırma, Meteraloiya və Patent üzrə Dövlət Agentliyi, Milli Arxiv İdarəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Dövlət Sosial Müdafiə Fondu və digərləri daxildir.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyət göstərdiyi bir il ərzibdə dövlət qulluğuna qəbulla bağlı üç müsabiqə keçirib. 188 vakant vəzifə üzrə keçirilən birinci müsabiqə zamanı 36, 200 vakant vəzifə üzrə keçirilən ikinci müsabiqə zamanı 22, 383 vakant vəzifə üzrə keçirilən üçüncü müsabiqədə isə 73 nəfər dövlət qulluğu vəzifələrinə təyin olunublar.

Xəbər lenti

Xəbər lenti