...

Tarzən Ramiz Quliyev qastrol səfərinə hazırlaşır

Cəmiyyət Materials 9 Fevral 2008 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral /müx. TrendLife Səfurə/

Xalq artisti Ramiz Quliyev Almaniyada və İranda solo konsert proqramı ilə çıxış etməyə hazırlaşır. Onun TrendLife-a verdiyi məlumata görə, o, İranda bu ölkənin Dövlət Milli Orkestri ilə birgə çıxış edəcək.

Ramiz Quliyev İranda Azərbaycan əsərləri ilə yanaşı, həmin ölkənin tanınımış bəstəkarları Fərhad Fəxrəddini və Delnovazinin də bəstələrini ifa edəcək. Xalq artistinin bildirdiyinə görə o, qonşu ölkədə çox sevilən muğamlarımızı səsləndirəcək.

Xəbər lenti

Xəbər lenti