Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir Z.Səfərov / Milliləşdirilmiş Koreya taekvondoçusunun Azərbaycan yığmasının tərkibində gələcəkdə çıxış etmək perspektivi hələ qaranlıqdır.
Milli Federasiyanın birinci vitse-prezidenti Fizuli Musayevin Trend ə bildirdiyinə görə, hazırda Canq Enq Əliyeva ( 49 kq) və Cin Sun Hüseynova ( 63 kq) tarixi vətənlərindədirlər və onların beynəlxalq yarışlarda komandanın tərkibində iştirak edəcəkləri məsələsi müzakirə edilməyib. Bundan əlavə, Dünya Federasiyası, Cin Sunun ötən il dünya çempionatında Koreya yığması tərkibində gümüş medala sahib olmasını nəzərə alaraq, onun yaxın keçmişdə İstanbulda lisenziya turnirində Azərbaycan komandasının tərkibində çıxış etməsinə icazə verməyib.
Canq Enq Əliyeva Türkiyədə yarışların birinci raundunda məğlub olaraq, Pekinə də lisenziya qazana bilməyib.