...

Sabiq nazirin səhhəti ilə bağlı ciddi narahatlığı yoxdur - idarə rəisi

Cəmiyyət Materials 13 Fevral 2008 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 13fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın sabiq iqtisadi inkişaf nazirinin səhhəti ilə bağlı ciddi narahatlığı yoxdur. Bunu çərşənbə günü Trend ə açıqlamasında Ədliyyə Nazirliyinin Səhiyyə Baş İdarəsinin rəisi Rəfael Mehdiyev bildirib.

Sabiq nazir Fərhad Əliyev fevralın 5-də səhhətindəki problemlə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

İdarə rəisi deyib ki, sabiq  nazirin özü və vəkilləru əlavə müayinələr keçirilməsi üçün müraciət edib və həmin müayinələrin aparılması üçün zəruri tədbirlər görülür. Mehdiyev sabiq nazirin infarkt keçirməsi və vəziyyətinin ağır olması barədə vəkillərin verdiyi məlumatları təkzib edib. İdarə rəisi bildirib ki, sabiq nazirin ürəyinin kardioqramı çıxarılıb, digər analizləri verilib. "Fərhad Əliyevdə infarkt xəstəliyi yoxdur" - deyə Mehdiyev bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, sabiq nazirin səhhəti ilə bağlı ciddi problemi olmadığından ona diaqnoz qoyulmayıb. İdarə rəisi Əliyevin vəkillərinin müraciəti ilə bağlı sabiq nazirin müayinəsi üçün kənardan mütəxəssislər dəvət olunacağını deyib.

Sabiq nazir fevralın 2-dən 48 saat müddətinə aclığa başlayıb. Sabiq nazir öz həkimi tərəfindən, yaxud başqa həkimlər tərəfindən, amma vəkillərinin iştirakı ilə hərtərəfli müayinə aparılmasını və müalicəsi üçün şərait yaradılması tələbi ilə fevralın 2-də iki günlük aclıq edib. Aksiyadan sonra onun səhhəti ağırlaşıb.

Vəkilləri sabiq nazirin ürək xəstəliyindən əziyyət çəkdiyini və səhhətinin ağır olduğunu bildiriblər.

Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş sabiq nazir Əliyev 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib və sonradan ona qarşı iqtisadi cinayətlərdə iştirakı ilə bağlı ittiham irəli sürülüb.

Məhkəmənin hökmündən apellyasiya şikayəti verilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti