...

Xalq artisti İlhamənin qan təzyiqi ilə bağlı problemləri yaranıb

Cəmiyyət Materials 23 Fevral 2008 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral/müx. TrendLife Şahin Cavadsoy/

Yerli radio dalğalarında çox üzücü bir xəbər yayıldı. Verilən məlumatda bildirildi ki, respublikanın xalq artisti, görkəmli sənətkar İlhamə Quliyeva səhhətində yaranmış nasazlıq nəticəsində şəhər klinikalarının birinə aparılıb. "İlhamə xanım qan təzyiqi ilə bağlı yaranmış problemlər səbəbindən xəstəxanaya yerləşdirilib" - məlumatını dəqiqləşdirmək üçün günboyu sənətkarın mətbuat katibi Faiq Ələkbərovla əlaqə saxlamağa çalışsaq da, etdiyimiz bütün cəhdlər boşa çıxdı. Amma TrendLife-a sızan xəbərlərə görə, xanım Quliyeva dünən həqiqətən özünü yaxşı hiss etməyib və bu səbəbdən də yaşadığı ünvana təcili tibbi yardımın həkim briqadası gəlib. Müğənni bir günlük də olsa, Mərkəzi Kliniki Xəstəxananın həkimlərinin müayinəsindən keçməli olub.

Qeyd edək ki, İlhamə Quliyeva ötən il də oxşar hadisə ilə üzləşmişdi. O, təzyiqində yaranmış problemlər ucbatından şəhər xəstəxanalarının birində ciddi şəkildə müalicə olunmuşdu.

Xəbər lenti

Xəbər lenti