...

Rejissor Aqil M.Quliyev susqunluğu pozmaq istəmir

Cəmiyyət Materials 25 Fevral 2008 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral/müx.TrendLife Şahin Cavadsoy/

Adını çoxdan peşəkar rejissorlar cərgəsinə yazmış Aqil M.Quliyev rəhbəri olduğu "Agil M Film" prodüser mərkəzində möhtəşəm bir layihə hazırlayır. TrendLife-a danışan rejissor nədənsə, bu barədə ətraflı məlumat verməyi lazım bilmədi: "Qısaca onu deyə bilərəm ki, rəhbəri olduğum prodüser mərkəzində xalq mahnımız olan "Sarı gəlin" layihəsinin son tamamlama işləri gedir. Yəni layihə, adını hələlik sirr saxladığımız bir xanım sənətçinin ifası üzərində qurulub. Ərsəyə gətirəcəyimiz ekran əsərini isə, təkcə yerli efir məkanında nümayiş etdirməyəcəyik. Bu günə qədər verdiyim bütün müsahibələrdə layihə barəsində ətraflı danışmamağa çalışmışam. Bircə onu deyirəm ki, "Sarı gəlin"lə Azərbaycan musiqilərini oğurlamağa cəhd edən mənfur qonşumuz olan erməniləri yerlərində oturtmaq əsas məqsədimizdir. Qoy tamaşaçılarla bərabər, media mənsubları da bir az intizarda qalsınlar. Söz verirəm ki, layihə hazır olandan sonra, susqunluğu pozmaqda özüm maraqlı olacağam" .

Xəbər lenti

Xəbər lenti