...

Şeyxulislam Dağlıq Qarabağda Kürd Fəhlə Partiyası qüvvələrinin yerləşdirilməsini pisləyib (video)

Cəmiyyət Materials 29 Fevral 2008 14:51 (UTC +04:00)
Şeyxulislam Dağlıq Qarabağda Kürd Fəhlə Partiyası qüvvələrinin yerləşdirilməsini pisləyib (video)

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir S.Ağayeva/ Qafqaz müsəlmanlarının dini lideri Şeyxulislam Hacı Allahşükür Paşazadə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində Kürd Fəhlə Partiyası (PKK) silahlı qüvvələrinin yerləşdirilməsini pisləyib.

"Biz buna qarşı çıxmalıyıq və işğal olunmuş Dağlıq Qarabağ ərazilərində daha bir PKK-nın yaranmasına yol verməməliyik" - deyə cümə günü jurnalistlərə Paşazadə bildirib. O əlavə edib ki, nə qədər ki, bu ərazilər Azərbaycanın nəzarəti altında deyil ,PKK hərbi bazalarının orada yerləşdirilməsi tamamilə mümkün haldır.

Yerli və xarici KİV-in məlumatına görə, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın işğal olunmuş ərazilərində PKK-nın hərbi bazaları yerləşdirilir və bu işdə onlara Ermənistan kömək edir.

"Ermənistan bu regionda gərginliyi saxlamaq üçün PKK qüvvələri də daxil olmaqla, istənilən imkanlardan istifadə edir" - deyə Şeyxulislam vurğulayıb. O, bu məsələni yaxın günlərdə Ankarada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.

Xəbər lenti

Xəbər lenti