...

Azərbaycanda Türkiyənin ali məktəblərinə daxil olmaq üçün sənəd qəbulu elan edilib

Cəmiyyət Materials 13 Mart 2008 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart/ Trend , müxbir C.Babayeva/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Türkiyənin Azərbaycandakı səfirliyi ilə birlikdə Türkiyə ali təhsil müəssisələrinə (ATM) daxil olmaq üçün sənəd qəbulu elan edib. Bu barədə cümə axşamı Dövlət Komissiyasından məlumat veriblər.

Dövlət Komissiyasından bu il Azərbaycan gənclərinə Türkiyənin 11  universitetində 20 ixtisas üzrə təhsil almaq üçün 37 yer ayrıldığı bildirilib. Qəbul imtahanları test üsulu ilə aprelin 20-də keçiriləcək. Abituriyentlər imtahanları Azərbaycan və rus dillərində verə bilərlər.

TQDK-nın məlumatında qeyd olunur ki, Türkiyə ATM-ə qəbul olunanlar 2008/2009-cu tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilən qəbul imtahanlarının müsabiqəsində iştirak edə bilməyəcəklər.

Türkiyə ATM-ə daxil olmağı arzu edənlərin ərizələri martın 30-dan aprelin 12-dək sənəd qəbulu üzrə komissiyalarda qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti