Növbəti klipimin də rejissoru Elnaz Əbluc olacaq - xalq artsti Mələkxanım Eyyubova
Azərbaycan, Bakı, 13 mart /müx. TrendLife Safura/
Xalq artisti Mələkxanım Eyyubova iki albomunu birdən tamaşaçılara təqdim edəcək. Bəstəkar və xalq mahnılarını ifa edən xanəndə Eyyubova deyir ki, o, albomlarının birində bəstəkar mahnıları, digərində muğamlar yer alacaq. TrendLife-a məlumat verən sənətkar, klip çəkdirəcəyini söylədi: "Mən risk etməyi sevmirəm. Amma bir dəfə bunu etdim. Rejissor Elnaz Əbluca, risk edərək, klip çəkdirdim. Riskim uğurla nəticələndi. Onun Azərbaycan haqqında çəkdiyi klipi ürəyimcə oldu. Bundan sonra da klip çəkdirsəm, ancaq Elnaz Əbluca müraciət edəcəyəm".
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də