...

ABŞ-ın Azərbaycandakı səfiri "Azadlıq" qəzetinin jurnalistinə hücum faktını qorxu atmosferi yaratmaq cəhdi adlandırıb

Cəmiyyət Materials 14 Mart 2008 17:22 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri "Azadlıq" qəzetinin jurnalistinə hücum faktını qorxu atmosferi yaratmaq cəhdi adlandırıb

Azərbaycan, Bakı, 14 mart / Trend , K.Ramazanova / "Azadlıq" qəzetinin jurnalistini bıçaqla yaralamaq çirkin bir cinayətdir və bu bizi pərt edir" - deyə qəzetin yaralı jurnalistinə baş çəkən ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi çərşənbə axşamı jurnalistlərə məlumat verib.

" Jurnalistlərə qarşı belə zorakılıq faktları əhəmiyyətli səsələrin susdurulması və qorxu atmosferinin yaradılması cəhdidir" - deyə səfir bildirib.

Mart ayının 13-də, saat 20-də "Azadlıq" qəzetinin jurnalisti Aqil Xəlilə naməlum şəxslər tərəfindən ürək nahiyəsindən bıçaq zərbələri endirilib. Jurnalist Mərkəzi Kliniki Xəstəxanaya çatdırılıb və onun üzərində əməliyyat aparılıb.

Səfirin sözlərinə görə, azadlıq sevən azərbaycanlılar amerikalıların qəzəb və məyusluğunu bölüşür. Dörsi qeyd edib ki, jurnalistə qarşı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması və həbsi Azərbaycanda qanunun və azad sözün hakimliyini nümayiş etdirəcəkdir.

Xəbər lenti

Xəbər lenti