...

ATƏT-in nümayəndəsi KİV-in özünütənzimləmə məsələləri üzrə Sorğu kitabçasını Azərbaycanda təqdim edəcək

Cəmiyyət Materials 1 Aprel 2008 15:35 (UTC +04:00)

Avstriya, Vyana, 01 aprel/ " , müxbir A.Ələsgərov/ ATƏT-in KİV azadlığı üzrə Ofisi tərəfindən hazırlanan kütləvi medianın özünütənzimləmə məsələləri üzrə yeni Sorğu kitabçası Bakıya təqdim ediləcək.

Sorğu kitabçasını Bakıda, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti təqdim edəcək və o, bununla əlaqədar olaraq aprelin 7-9-da Bakıda olacaq. Bu barədə Haraştinin ikinci məsləhətçisi Anna Karlsreyter çərşənbə axşamı Trend a məlumat verib.

Karlsreyter bildirib ki, ATƏT-in KİV azadlığı üzrə Ofisi tərəfindən hazırlanan yeni nəşr Haraşti tərəfindən Bakıda xüsusi konfransda təqdim ediləcək.

Bundan əlavə, ATƏT nümayəndəsinin səfər proqramında hökumət, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri ilə görüşlər nəzərdə tutulur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti