...

Müğənni Ayan yeni albom hazırlayır

Cəmiyyət Materials 11 Aprel 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /müx. TrendLife Türkan İmaməliyeva/

Gənc müğənni Ayan şou-biznesdə olan bəzi həmkarlarına kəskin mesaj göndərdi. Gənc müğənni "Trend Life"a açıqlamasında bildirdi ki, ciddi yaradıcılıq işləri ilə bir çoxlarını qısqandırmağı bacaracaq. Bəzilərindən fərqli olaraq, sponsora deyil, səsinə və sənətinə güvənən Ayan hazırda disk buraxdırmaq ərəfəsindədir. Gənc ifaçı bizimlə söhbətində bildirdi ki, Elçin İmanovun mahnılarından ibarət diskin artıq dizayn işləri aparılıb. Alboma Baba Vəziroğlunun sözlərinə yazılmış "Küsmə, küsmə", Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş "Nağıllar dünyası" mahnısı da daxil edilib. Albomda yəhudi mahnısı da var və mahnının sözləri Şaul Timantofa aiddir. Ayanın sözlərinə görə, qarşıdan yay mövsümü gəldiyindən, alboma daxil olan mahnılardan məhz mövsümə uyğun mahnı seçilərək, klip çəkiləcək. Gənc müğənni xatırlatdı ki, Elçin İmanovun "Yağış" adlı mahnısına payızda klip də çəkiləcək. "Yağış"ı ekranlaşdırmaq üçün konkret hansı rejissora müraciət olunacağı hələ dəqiqləşməyib. Ayan bildirdi ki, albom hazırlığı ilə yanaşı, maraqlı layihələrdə də çalışır.

Xəbər lenti

Xəbər lenti