...

ATƏT nümayəndəsi emosiyalardan uzaq olmalıdır – Azərbaycan Prezidentinin İcra Aparatının şöbə müdiri

Cəmiyyət Materials 14 Aprel 2008 13:57 (UTC +04:00)
ATƏT nümayəndəsi emosiyalardan uzaq olmalıdır – Azərbaycan Prezidentinin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir K.Zərbalıyeva/ "ATƏT nümayəndəsi emosiyalardan uzaq olmalıdır. Onun hər hansı bir hesabatı, mətbuatdakı çıxışı balanslaşmış olmalı və ölçülüb-biçilməlidir", bu fikri bazar ertəsi Bakıda jurnalistlərə Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov ATƏT-in mətbuat azadlığı üzrə xüsusi komissarı Mikloş Haraştinin son bəyanatına münasibət bildirərkən deyib.

Haraşti ötən cərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, baş prokuror Zakir Qaralov onunla görüşdə Aqil Xəlillə bağlı materialın onun sifarişi ilə efirə verildiyini deyib.

ATƏT rəsmisi əslində Xəlillə bağlı efirə gedən materialın əsas məqsədinin jurnalistin bıçaqlanmasının üstünü örtmək və hadisəni unutdurmaqdan ibarət olduğunu deyib.

Haraşti hüquq-mühafizə orqanlarını tənqidçi jurnalistlərə qarşı bu cür saxtakarlıqları dayandırmağa çağırıb. O deyib ki, jurnalistlərə qarşı saxta cinayət işi açan hüquq-mühafizə orqanlarının özlərinə qarşı iş açılmalıdır. "Jurnalistin döyülməsini və ona təcavüz faktlarını araşdırmaq əvəzinə prokurorluq ləkəyaxma kampaniyasına başlayıb"- deyə xüsusi nümayəndə qeyd edib.

Ələsgərov bildirib ki, insan emosiyalara qapılanda səhvlərə yol verir və Haraştidə bu hal baş verib.

Ələsgərov hesab edir ki, Haraşti prokurorluğun topladğı sübutlara, araşdırmalara hörmətlə yanaşmalıdır. Şöbə müdiri qeyd edib ki, Xəlillə baglı baş vermiş fakta son qiyməti məhkəmə verəcək.

Respublika Prokurorluğunun yaydığı məlumatda qeyd olunur ki, Xəlil martın 13-də qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olan şəxslər tərəfindən bıçaqlanıb.

Xəlilin vəkili istintaqı aparan müstəntiqi qanun pozuntularına yol verdiyi üçün məhkəməyə verib.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti