...

Gələcək kürəkənim hüquqşünasdır-əməkdar artist Mətanət İskəndərli

Cəmiyyət Materials 21 Aprel 2008 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /müx. TrendLife Safura/

Əməkdar artist Mətanət İskəndərli bu yaxınlarda qızını nişanlıyıb. Bu haqda məlumatı müğənni TrendLife-la söhbətində bildirib. "Qızımla kürəkənim bir-birlərini toyda görüb, bəyəniblər. Biz valideynlər də onların sevgisinə qarşı çıxmaq istəmədik. Hələlik hər iki tərəf şirin çay içib. Toy haqqında isə danışmaq tezdir. Çünki ikisi də tələbədir. Onu da qeyd edim ki, gələcək kürəkənim hüquqşünasdır və bununla da fəxr edirəm".

Xəbər lenti

Xəbər lenti