...

Azərbaycanın futbol üzrə Premyer-Liqasının növbəti mövsümündən "Kəpəz" klubu oynayacaq - AFFA-nın prezidenti

Cəmiyyət Materials 24 Aprel 2008 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının növbəti mövsümündən Gəncənin "Kəpəz" klubu oynayacaq. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev məlumat verib.

"Kəpəz" klubu maliyyə böhranına görə 2006-2007-ci il 15-ci mövsümündən Azərbaycanın futbol üzrə Premyer-Liqasında təmsil olunmur.

"Kəpəz" 3 dəfə ölkə çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb.

Abdullayev deyib ki, "Kəpəz" klubunun Azərbaycanın futbol üzrə milli çempionatında oynaması üçün sponsor tapılıb. Hazırda həmin sponsorla danışıqlar aparılır.

"Kəpəz" klubunun təmsilçisi Mehman Allahverdiyev cümə axşamı Trend a bildirib ki, AFFA rəhbərliyinin bu qərarı Gəncənin futbol azarkeşləri tərəfindən yüksək qiymətləndirilir. Onun sözlərinə görə, maliyyə problemi həll olunsa, "Kəpəz" növbəti mövsümdə çempionluq uğrunda mübarizə aparacaq. Allahverdiyev yerli futbolçularla yanaşı, əcnəbi oyunçuların kluba cəlb ediləcəyini də deyib.

AFFA prezidenti jurnalistlərə açıqlamasında, həmçinin deyib ki, növbəti mövsümdən Premyer-Liqada oynayan komandaların bəzilərinin adları dəyişdiriləcək. Onun sözlərinə görə, paytaxtın klubları olan "Bakı" (Biləcəri), "Olimpik" (Şüvəlan), Standart (Bayıl) və İnterin (Keşlə) adları dəyişdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti