...

Rəqqasə Fatimə rəqsin tarixini bilmir

Cəmiyyət Materials 29 Aprel 2008 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /müx. TrendLife Safura/

Hər il 29 aprel tarixi YUNESKO-nun qərarı ilə fransız baletmeystr Jan Jorj Joverin Beynəlxalq Rəqs Günü kimi qeyd olunur. Hər bir ölkə bu günü özünəməxsus şəkildə keçirir. Beynəlxalq Rəqs Günü Azərbaycanda ilk dəfə olaraq, Milli Konservatoriyanın nəzdindəki Dövlət Gimnaziyasının rəqs qrupunun iştirakı ilə xalq artisti Təranə Muradova və əməkdar artist Kamil Dadaşovun rəhbərliyi altında keçirilib. Bu haqda TrendLife-a Kamil Dadaşov danışıb. "Beynəlxalq Rəqs Günü aprelin 29-da Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunmalı idi. Amma həmin tarixdə orada başqa tədbir olduğundan biz mərasimimizi aprelin 25-nə irəli çəkdik. Tədbir olduqca yaxşı keçdi. Demək olar ki, bütün veteran rəqqaslar bu tədbirdə çıxış etdilər. Azad Hüseynovun, Tamila xanımın, Züleyxa xanımın, Nisə xanımın çıxışı hər kəsi valeh etmişdi"-deyə K.Dadaşov bildirib.

Onun sözlərinə görə, hazırda rəqsə olan maraq çoxalıb: "Valideynlərdə rəqsə olan maraq, uşaqlardan çoxdur. Təssuf ki, biz rəqs folklorunu itirməkdədəyik. Hazırda rəqqasələr çoxdur. Lakin veteranların fikri onları maraqlandırmır".

Təranə Muradova da öz fikirlərini bizimlə bölüşüb: "Azərbaycan rəqsləri həmişə öz gözəlliyi ilə seçilib. İmkan daxilində biz onu qorumağa çalışırıq. Rəqqasələr arasında elələri var ki, elementar xoreoqrafiyanın nə olduğunu bilmir. Bir çox hərəkətləri düzgün etmirlər. Milli paltarda çıxan hər kəsi rəqqasə adldandırmaq olmaz. Rəqqasədə boy, təhsil, ən əsası rəqs etməyə arzusu olmalıdır. Biz müxtəlif konsertlərdə, tədbirlərdə çıxış edirik. Rəqslərimizin əvvəlki kimi gözəl olması üçün əlimizdən gələni etməliyik".

TrendLife özünü şou-biznesdə hesab edən rəqqasə Fatimə ilə də əlaqə svxlayıb. Maraqlandıq ki, Beynəlxalq Rəqs Günü o, harada çıxış edəcək. Amma sualımız Fatiməni təccübləndirdi. Sən demə o, belə bir beynəlxalq günün qeyd olunmasından xəbərsiz imiş.

Xəbər lenti

Xəbər lenti