...

Estrada müğənnilərini dinləmirəm – gitaraçı Rəmiş

Cəmiyyət Materials 29 Aprel 2008 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /müx. TrendLife Günel Əhmədova

Saçının çoxunu musiqiyə xidmət etməklə ağardan gitaraçı Rəmiş özünü çalışdığı qədər şou-biznesdən uzaq tutduğunu söylədi. Onun TrendLife-a danışdığına görə, bu mühit onun ürəyincə deyil. Gününün əksər hissəsini dostları və ailəsi ilə keçirən musiqiçi məclislərdən qalmadığını da qeyd etdi:

"Ara-bir təkliflər olur. Toylara gedib yarım saatlıq proqram təqdim edirəm. Qeyd edim ki, hər toya da getmirəm. Əgər orada ifamı başa düşəcəklərsə, onda təkliflə razılaşıram. Bəzən də dostlarımla görüşürəm. Məclis qururuq və onların zövqünü təzələyirəm. Təbi gələndə isə Gülü üçün (həyat yoladışını nəzərdə tutu - G.Ə) ifa edirəm".

Həmyaşıd musiqiçilər arasında dostlarının az olduğunu deyən Rəmişdən estrada ifaçılarını xəbər aldıq. Şou-biznesin onun üçün maraq kəsb etmədiyini söyləyən musiqiçi:

"Bəlkə də, inanmayacaqsınız. Şou-biznesə xidmət göstərən müğənnilərin 90 faizini tanımıram. Yadımda qalan Aygün Kazımova, Brilyan Dadaşova və onların bir-iki həmyaşıdlarıdır. Qalanları küçədə görsəm tanımaram" dedi.

Musiqiçidən televizora baxdığını soruşanda is o bunları əlavə etdi: "Efiri izləyirəm. Amma daha çox ciddi xəbərlərə baxıram. Şou xəbərləri sənətdəki vəziyyəti öyrənmək üçün nadir hallarda izləyirəm. Amma heç kimin nə adı, nədə siması yadımda qalmır. Ona görə ki, bu mühitə alışa bilmirəm. Eyni zamanda indiki estrada müğənnilərinin çoxunu dinləmirəm".

Xəbər lenti

Xəbər lenti