Azərbaycan, Bakı, 30 aprel /müx. TrendLife Günel Əhmədova/
Müğənni və ixtisasca modelyer olan Ruhi Əliyevanın rəhbərliyi ilə "Best Model of the Azerbaijan"a həsr olunan mətbuat konfransı keçirilib. Əvvəlcədən xəbər verdiyimiz kimi tədbirdə müsabiqənin dünya civarında prezidenti Erkan Özərman, iş adamı Nahid Kabakçı, "Best Model of the Turkey-2007"nin qalibi və müsabiqənin dünya üzrə 2-ci gözəli seçilmiş Senem Kuyuluoğlu, eyni zamanda "Fashion sity"yə başçılıq edən Ruhi Əliyeva və müsabiqənin koordinatoru Nəzakət Hacıyeva iştirak ediblər. Təşkilatçıların təşəbbüsü ilə 2006-cı ildə Azərbaycanı "Best Model of the World"də təmsil edən Lalə Eyvazova və Rüstəm Cəbrayılov da tədbirə qatılıblar.
Erkan Özərman 20 il öncə yaratdığı beynəlxalq miqyaslı müsabiqənin artıq 100-ə yaxın ölkəni əhatə etdiyini bildirdi. Artıq bu göstəriciyə limit qoymağı düşünən prezident belə bir açıqlama verdi: "Hər ölkədən 2 nəfər təmsilçinin iştirakını nəzərə alsaq, onları səhnədəki vəziyyəti bir qədər narahatlıq yaradır. Tamaşaçı ilə yanaşı münsiflər heyətinin onları sərbəst izləməsi üçün limitə ehtiyac var".
Sözünün davamında E.Özərman Azərbaycana Türkiyədə keçirilən "Miss Turizm" müsabiqəsində iştirak üçün zəmin yaratdığını söylədi.
"Best Model of the Azerbaijan"ın builki hazırlıqları barəsində isə tədbir iştirakçıları bunları söylədi. Noyabrın sonu müsabiqənin dünya üzrə finalı keçiriləcək. Bundan iki həftə öncə Azərbaycan təmsilçisini seçəcək. Lakin Ruhi xanım prosesləri qabaqlayıb tədbirin hansı məkanda və konkret hansı tarixdə keçiriləcəyini dəqiqləşmədiyi üçün söyləmədi. Münsiflər heyətinə gəlincə, burada Erkan bəyla Ruhi xanımın iştirakı məlumdur. Digər modaçı simaların kimliyi isə sirr qalır. Erkan Özərman: "Mən heç vaxt jurinin adını əvvəlcədən açıqlamıram. Bununla da onları və iştirakçıları təzyiqlərdən qoruyuram" dedi.
Azərbaycan gözəllirinin Türkiyə ilə yanaşı, dünya miqyasına çıxarılmağın vaxtının yetişdiyini deyən Erkan Özərman bu işdə Azərbaycana, eyni zamanda "Fashion sity"yə yardımçı olacağını istisna etmədi. Tədbirin sonunda məlum oldu ki, Ruhi Əliyevanın gələn ildə də eyni adlı müsabiqəyə rəhbərlik edəcək.