...

Müğənnilər məhbusları sevindirəcəklər

Cəmiyyət Materials 6 May 2008 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /müx.TrendLife Şahin Cavadsoy/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi həbsxanada da qeyd ediləcək. Bakıda yerləşən 15 saylı cəzaçəkmə müəssisəsində baş tutacaq konsert proqramının, mayın 9-da keçirilməsi nəzərdə tutulub. Bu barədə TrendLife-a tədbirin təşkilatçısı Zümrüd Güləliqızı məlumat verib: "Bir neçə dəfə həbsxanalarda konsertlər təşkil etmişik. Amma bu tədbir digərlərindən çox fərqlənəcək. Çünki, konsert sırf olaraq mərhum prezidentimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə gerçəkləşəcək. Məhbuslar qarşısında çıxış etmək üçün bir neçə estrada müğənniləri razılıq veriblər. Müğənnilərdən - Kərim, Aslan Hüseynov, Gülarə Nurlu, Arif Səlimov, Səbuhi, Niyaməddin Salami, Ziyafət Yaqubova, Məsumə Nur; qruplardan - "Şeron", "N brothers"in tədbirdə iştirakı gözlənilir. Xüsusilə bildirmək istəyirəm ki, həbsxanalarda keçirəcəyimiz konsertlər bundan sonra da davamlı xarakter daşıyacaq".

Xəbər lenti

Xəbər lenti