...

"Aznet Kuboku"nun mini futbol üzrə ikinci oyunu: sarı və qırmızı vərəqələr, axan qan…

Cəmiyyət Materials 26 May 2008 04:09 (UTC +04:00)
"Aznet Kuboku"nun mini futbol üzrə ikinci oyunu: sarı və qırmızı vərəqələr, axan qan…

Azərbaycan, Bakı, 25 may/ TrendLife müxbir V.İmanov/ Keçən uik-kend Olimpic Star idman kompleksində (Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yanında), TREND xəbərlər agentliyinin təşkil etdiyi, mini futbol üzrə ikinci "Aznet Kuboku"nun oyunu start götürmüşdür.

TREND komandası və (internet səhifəsi: http://www.trend.az ) və BakuPages komandası (internet səhifəsi: www.bakupages.com www.baku.ru ) arasında keçirilən oyunda nələr yox idi. TREND komandası qırmızı geyimdə oyunu atəşli başladı və birinci hücumu uğurla başa çatdı - 1:0. Lakin, tez vurulmuş qol "jurnalistləri" sakitləşdirdi və təşəbbüs yavaşçana "bakılılara" keçdi. Boz geyimli rəqiblərdə "boz kardinal"dakı kimi, təkbaşına oynamaq istəyən "qırmızı" geyimlilərdən səvai, ehtiyatda kozır saxlamışdılar. Məntiqin nəticəsi hesabın bərabərləşdirilməsi oldu - 1:1.

Bundan sonra üstünlük BakuPages əlinə keçdi. Hücum hücumun dalınca və TREND-in oyununda ixtilaf - ikinci topun buraxılmasına səbəb oldu. Oyun əsəbilik və gərginlik şəraitində keçirdi, oyunçular hakimin səhflərini düzəltməyə çalışırdılar və qarşıdurma zamanı AFFA-nın hakimi BakuPages oyunçusunun birinə sarı vərəqə göstərdi.

İkinci taym gərginliyi az olmayan şəraitdə keçirdi - folların kifayyət olması, dəişmələr, qarşıdurmalar və pozuntular, bir sözlə əsil mübarizə gedirdi. Lakin hücümların birində "bakılılar" üstünlüklərini artıraraq üçüncü qolu vurdular. "Qırmızılara" mübarizə aparmaqdan başqa heçnə qalmırdı, və onlar hesabda fərqi azaldmağa nail oldular - 2:3.

Təsüflər olsun ki, bu oyunda "jurnalistlərin" kapitanı əsəblərini cilovldaya bilməyərək hakimə irad tutaraq sarı kart aldı. Bundan 1 dəqiqə sonra oyunu tam dəişdirə bilən epizod baş verdi. "Qırmızaların" hücumu zamanı "bozoların" oyunçusu öz cərimə meydançalarında əl ilə oynadı, lakin bu qayda pozuntusunu hakim nəzərə almadı və bunu topun əli tapması kimi izah etdi. Baxmayarq ki, mini futbolda bütün hallarda əllə topa toxunmaq pozuntu sayılır.

Bu epizoddan sonra "qırmızıların" kapitanın əsəbilərinə lap gərginləşdirdi və o hakimə ədalətsizdiyə yol verdiyini bildirdi və qırmızı kart aldı və futbol meydançasından uzaqlaşdırıldı. Mini futbolun qaydalarına əsasən, TREND-in komandası 2 dəqiqəlik azlıqda qalmaq məcburiyyətində qaldı. Lakin, oyun bir qapının ətrafında cəmləşmədi, "qırmızların" hücumçusu hesabı bərabərləşdirə bilərdi, lakin BakuPages komandasının qapıçısı məharət göstərərək topu qapıdan qaytardı. Döyüş davam edirdi.

"Jurnalistlərin" tam tərkibdə oynadıqlarından sonra "bakılıların" oyunçusu yıxılaraq başını yaraladı və oyunçunu qan apardı. Onu dərhal dəişdirdilər. Bir qədər sonra oyunda hesabı bərabərləşdirmək mümükün oldu. Oyunun heç heçə başa çatması mümkün olması göründü. Lakin, "insan fərziyyə edir, Allah isə yerləşdirir". Oyunun sonunda künçdən zərbə vurulduqdan sonra BakuPages qalib qolu vurdu - 4:3.

Turnirdə, saytı olan, 12 komanda iştirak edir. Püşk atmanın yekunlarını görə, komandalar bu cürə bölüşdürülüblər: A qrupu: EylencE, Az?risport, Bayern Munchen; B qrupu: BakuPages, TREND, NISA; C qrupu: "Penya Bakı" (Realmadrid.az), Smart Systems, neftchipfc.com; D qrupu: Young Diplomats, Baku Reds, Terimakasi.

14-15 iyunda, dörddə bir finalda qruplarda birinci iki yeri tutmuş komandalar görüşəcək:

A1 -C2, C1-A2, B1-D2, D1-B2.

Qabaqkı iki cütlüyün qalibləri 21 may yarımfinalda öz aralarında oynayacaqlar.

Turnirlə bağlı əlavə məlumatı bu ünvanda taba bilərsiz http://forum.trendaz.com/index.php?showforum=71

Xəbər lenti

Xəbər lenti