Azərbaycan, Bakı, 28 may/ müxbir Trend R.Elgün/ Futbil üzrə Azərbaycan Premyer-Liqasının qalibi "İnter" klubu oldu. Bu çərşənbə günü keçirilən "Qəbələ" klubu ilə oyundan sonra rəsmiləşdi. "İnter" "Qəbələ" klubunu 4:0 hesabı ilə məğlub etdi.
"İnter"lə yanaşı Bakının "Olimpik" klubuda çempionluq uğrunda mübarizə aparıb. Amma "Qarabğ"la çərşənbə günü keçirilən oyunda uduzan "Olimpik" çempionluq şansını itirdi.
Bu "İnter" klubunun ilk çempionluğudur.
Bu vaxta kimi "İnter" Azərbaycan çempionatının mükafatlandırılanlar siyahısına düşə bilməmişdir. Klubun baş məşqçisi Valentin Xodukindir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]