...

Azərbaycanın qərb bölgəsindəki apteklerdə yoxlamalara başlanılıb

Cəmiyyət Materials 5 İyun 2008 17:11 (UTC +04:00)

Azərbaycan, Gəncə, 05 iyun/ Trend , müxbir V. Məmmədov/ Azərbaycanın Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi Gəncənin özəl apteklərində yoxlamalara başlayıb. Bu barədə cümə axşamı Trend -a Gəncə şəhər Səhiyyə İdarəsinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə nəzarət şöbəsindən məlumat verilib.

Trend -un arayışı: Gəncədə 101 aptek fəaliyyət göstərir. Onlardan 34-ü dövlət, qalanı özəldir.

Məlumata görə, yoxlamalrla bağlı Gəncənin əksər özəl aptekləri fəaliyyətini dayandırıb. "Yoxlamalar başa çatdıqdan sonra fəaliyyətlərində nöqsanlar aşkarlanan özəl apteklərin fəailiyyəti dayandırılacaq" -deyə şöbədən bildiriblər.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti