...

Hər zaman azərbaycanlı stüardessalarını yadıma salıram-müğənni İrakliy Pirsxalava

Cəmiyyət Materials 6 İyun 2008 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun /müx. TrendLife Eldar Hüseynzadə/

İrakliy Pirsxalavanı Azərbaycana gəlib-gedən qonaqlardan adlandırmaq olmaz. Onun tez-tez gəlməməsinə baxmayaraq, Pirsxalava öz pərəstişkarlarının yaddaşında özünəməxsusluğu xatırlanır. Düşündük ki, onunla müsahibə etsək, pərəstişkarlarını da şad etmiş olarıq. Məhz bu səbədən bir çox maraqlı suallarımızı ona ünvanladıq. Pirsxalava suallarıma cavab yazaraq bildirdi ki, Trend informasiya agentliyinin istifadəçilərinə səmimi və dolğun etirafları ilə xoşhal edəcək. Odur ki, müsahibəyə biganə qalmamağınızı məsləhət bilirik:

-İrakliy, bir neçə dəfə Bakıda qonaq olmusunuz. Bizim şəhər haqqında ən yadda qalan xatirələriniz? Yenidən Azərbaycana gəlməyi düşünürsünüzmü? Bizim musiqiçilərimizlə əlaqəniz varmı?

-Sayca iki dəfə Bakıda olmuşam. Birinci dəfə "Ulduz Fabriki-2"nin uşaqları, ikinci dəfə isə Yuliy Savçeyevlə birlikdə konsert proqramı ilə çıxış etmişəm. Məni olduqca isti qarşıladıqları üçün bütün azərbaycanlı pərəstişkarlarıma dərin minnətdarlığımı bildirirəm. İndinin özündə də mənə verilən güllərin gözəlliyi xatirimdən çıxmayıb. Unuda bilmirəm mehribançılığınızı. İstənilən ölkəyə səfər etməyimdən asılı olmayaraq, hər dəfə təyyarəyə minəndə azərbaycanlı stüardessalarını yadıma salıram. Onların gözəl işləri ilə bərabər, daxili gözəllikləri də məni cəlb edib. Stüardessalarınız bizə çox diqqət göstərdilər, tam rahatlaq yaratdılar.Hələ o vaxt biz o qədər də tanınmış deyildik. Bakı ilə yadda qalan xatirələrdən biri də o oldu ki, mən şəhərinizdə ikinci dəfə konsert proqramı ilə çıxış edib, başqa şəhərə gedəndə dedilər ki, hansısa yerli qəzetlərinizin birində mənim haqqında yalnış məlumat yayılıb. Guya mən konsertdə olduğum vaxtda demişəm ki, mənə içki verməsələr səhnəyə çıxan deyiləm. Mən sizin vasitənizlə bu xəbəri təkzib edirəm. O ki, qaldı yenidən Bakıya gəliməyimə siz dəvət edin, bizdə gələk. Azərbaycan xalqını qonaqpərvər olduğu üçün də çox sevirəm. "Belə olmur" yeni hitimi Maxaçkalada yaşayan Aslan Hüseynov yazıb. Ümid edirəm ki, tezliklə bu mahnımı eşidəcəksiniz və xoşunuza gələcək.

-"Ulduz Fabriki-2"nin veteranı kimi hazırki "Fabrika"nı izləyirsiniz? İndiki müsabiqə sizin vaxtınızda gedən müsabiqələrdən nə ilə fərqlənir? Demək olar ki, siz bu müsabiqə ilə məhşurlaşmısınız?

-Sonuncu sualınızdan başlamaq istərdim. Əlbəttəki, "Ulduz Fabriki-2" mənə tanınmaqda kömək edib. Öz taleyimidən də razıyam. "Fabrika"nın ilk məzunları hazırda çox tanınır. Çünki onlar həqiqətən də istedadlı uşaqlardır. Son keçirilən iki müsabiqəni izləməmişəm.

-Siz rus dilində mahnı oxuyan müğənni kimi də tanınmısınız. Bəs, gürcü dilində necə mahnı oxuyursunuz? Yerigəlmişkən uşaq vaxtı fransız təmayüllü məktəbə getmisiniz, o dildə necə mahnı ifa edirsiniz?

-Gürcü dilində tam proqramım var. Bəzi köhnə gürcü mahnıları var ki, onları yeni aranjenmanda anamla bərabər duet şəklində oxuyuram. Fransız təmayüllü məktəbdə cəmi bir il oxumuşam, bu dildə heç danışa da bilmirəm.

-Diana Qurskaya bu il "Eurovision-2008" müsabiqəsində Gürcüstanı təmsil edirdi. Ola bilər ki, sizdə nə vaxtsa adıçəkilən müsabiqədə Gürcüstanı təmsil edəsiniz? Ümumiyyətlə onun çıxışını necə qiymətləndirdiniz? Elnur və Samirin çıxışları yadınızda qalıbmı?

-Mən Gürcüstan tərəfindən adıçəkilən müsabiqənin seçim turunda iştirak etmişdim. Bir daha həmin müsabiqədə iştirak etmək fikrində deyiləm. Diananın çıxışı haqqında isə nəsə demək istəməzdim. Düzdür, Gürcüstana azərkeşlik edirdim. Səmimi qəlbdən ona qalib olmağı arzulasam da birinciliyi qazanmağa müvəffəq olmadı. O ki, qaldı Samir və Elnurun çıxışına bunu unutmaq mümkün deyil. Onlar həqiqətən də gözəl çıxış edib, yüksək səhnə mədəniyyəti nümayiş etdirdilər .

-Müsahibələrinizin birində söyləmişdiniz ki, Robbi Ulyamsla duet oxumaq arzusundasınız. Başqa nə kimi arzularınız var?

-Bu "Ulduz fabriki"nin seçim turunda olmuşdu, açıq etiraf edim ki, mən onda yalan danışmışdım. Robbi gözəl artist, musiqiçi, tanınmış insandır. Nəyə görə arzulamayım? Yox-mənim arzularım daxili dünyama aiddir, onu heç kimlə bölüşmək istəməzdim. İstəməzdim sizə arzularım haqqında yalan danışım. Nəsə uydurub, sizə yalan niyyətlərimi söyləyə bilmərəm. Bu qənaətdəyəm ki, bu cür suallara doğru cavab vermək qeyri-mümkündür. İnsan ya susur, ya da yalan danışır...

Xəbər lenti

Xəbər lenti