Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycan Premyer-Liqasının iştirakçısı olan Bakının "Bakı" klubunun təlim-məşq toplanışının vaxtı dəqiqləşib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, komanda Sloveniyanın Ptuy şəhərində hazırlıq keçəcək. Grand Hotel Primus İstirahət Mərkəzində yerləşəcək komanda 15-30 iyul aralığında təlim-məşq toplanışında olacaq.
"Bakı" son mövsümü uğursuz keçirərək turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Sloveniyaya getmək üçün komanda əvvəlcə Bakı-İstanbul-Vyana reysiylə Avstriyaya yollanacaq. Sonradan Sloveniyaya gediləcək.
Hazırlığa yollanan komanda üzvlərinin sayı 35-dir.
Hazırlıq zamanı 5-8 yoxlama oyunu keçirmək niyyətində olan "Bakı" komandasında kiminlə müqavilə bağlanıb-bağlanılmayacağı bundan sonra məlum olacaq. Oyunçular haqda son qərarı baş məşqçi Qyoko Hacievski verəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]