...

Azərbaycan ombudsmanı həbsdə olan jurnalistlərin azadlığa çıxacağına ümid edir

Cəmiyyət Materials 18 İyun 2008 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova yaxın vaxtlarda həbsdə olan üç jurnalistin azadlığa çıxması üçün hansısa addım atılacağına ümid edir. "Son vaxtlar jurnalistlərlə bağlı vəziyyət hamını, həmçinin məni narahat edir", - deyə Süleymanova çərşənbə günü Bakıda jurnalistlərə bildirib.

Süleymanova qeyd edib ki, Ombudsman Aparatı jurnalistlərin problemlərini, həmçinin həbdsdə olan jurnalistləri diqqət mərkəzində saxlayır. "Aparat nümayəndələri "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və əməkdaşı Mirzə Sakitlə görüşüb. Heç kim deyə bilməz ki, ombudsman həbsdə olan jurnalistlərin problemlərinə biganə yanaşır", - deyə Süleymanova bildirib.

Trend -un arayışı: Azərbaycanda üç jurnalist - "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və onun qardaşı Mirzə Sakit həbsdədir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend

Xəbər lenti

Xəbər lenti