...

Türk müğənnisi Devrim Erden Bakıda pulsuz konsert verəcək

Cəmiyyət Materials 20 İyun 2008 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /müx.TrendLife Şahin Cavadsoy/

İyunun 21 də Novxanıda yerləşən "AF - Hotel Aqua Park" ailəvi istirahət mərkəzində Türkiyənin tanınmış müğənnisi Devrim Erden pulsuz konsert verəcək. Bu barədə TrendLife -a konsertin təşkilatçısı Kemal Cenk İçten məlumat verib: "Devrim Erden artıq Azərbaycan tamaşaçısına yaxşı tanışdır. Onun oxuduğu musiqilər bütün yerli radio dalğalarında səslənir. "Yürüyorum zafere" adlı mahnıya çəkdirmiş olduğu klip də bəzi tele-kanallarda nümayiş olunur. Devrim xanım beşinci gün səhər saatlarında Bakıya gələcək və altıncı gün axşam pəstişkarları qarşısında konsert proqramı ilə çıxış edəcək. Devrim Erdenin şousu mövsümün ilk konserti olduğundan, tədbiri pulsuz keçirməyə qərar verdik. Odur ki, hər kəs dəvətlidir".

Xəbər lenti

Xəbər lenti