...

Azərbaycanın "İnter" klubu Çempionlar Liqasında Makedoniyanın "Rabotniçki" komandasına rəqib olub

Cəmiyyət Materials 1 İyul 2008 15:26 (UTC +04:00)
Azərbaycanın "İnter" klubu Çempionlar Liqasında Makedoniyanın "Rabotniçki" komandasına rəqib olub

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının sonuncu qalibi olan "İnter" klubu Çempionlar Liqasının birinci mərhələsində Makedoniyanın "Rabotniçki" komandası ilə mübarizə aparacaq. Bu, çərşənbə axşamı İsveçrənin Nyon şəhərində keçirilən Çempionlar Liqasının püşkatmasından sonra məlum olub.

İlk oyun iyulun 15-i, yaxud 16-da Bakıda keçiriləcək. "İnter" Makedoniya komandası ilə oyunlarda qələbə qazana bilsə, Çempionlar Liqasının ikinci mərhələsində Serbiyanın "Partizan" klubu ilə görüşəcək.

İndiyə kimi Azərbaycan klubları Çempionlar Liqasında Makedoniyanı təmsil edən komandalarla qarşılaşmayıb.

"İnter" klubunun baş məşqçisi Ukraynadan olan Valentin Xodukindir.

Xəbər lenti

Xəbər lenti