...

Azərbaycanın "Neftçi" futbol klubunun Belçika komandası ilə oyununu alman məşqçilər stadiondan izləyə bilərlər – seleksiyaçı-məşqçi

Cəmiyyət Materials 3 İyul 2008 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının "Neftçi" klubunda çıxış edən üzvləri Slovakiyanın "Nitra" komandası ilə oyunlarda yaxşı təsir bağışlayıblar. Bu barədə cümə axşamı Trend -a yığma komandanın seleksiyaçı-məşqçisi olan Nazim Süleymanov deyib.

Zaur Tağızadə, Rəşad Sadıqov, Aleksandr Çertoqanov, Rail Məlikov, Elnur Allahverdiyev və Samir Əliyev "Neftçi" ilə yanaşı milli komandanın da formasını geyir.

Süleymanov deyib ki, "Neftç"nin iyulun 5-də Belçikanın "Jerminal" komandası ilə oyununda yığma üzvləri olan futbolçuları izləmək üçün Almaniyadan olan məşqçilərin görüşün keçiriləcəyi stadiona gedəcəkləri gözlənilir. "Yəqin ki, mən bu oyuna stadiondan baxa bilməyəcəyəm. Amma ola bilər ki, "Jerminal" - "Neftçi" oyununda yığma üzvləri olan futbolçuları izləmək üçün milli komandanın almaniyalı məşqçiləri Belçikaya səfər etsinlər", - deyə seleksiyaçı-məşqçi əlavə edib.

Azərbaycanın futbol üzrə yığma komandasının Almaniyadan olan baş məşqçisi Berti Foqts və onun alman köməkçiləri hazırda istirahətdədirlər. Foqtsun Azərbaycana iyulun sonlarında gələcəyi bildirilir.

Süleymanov bildirib ki, artıq "Bakı" klubu ilə danışıq aparıb və bu komandanın makedoniyalı baş məşqçisi Qyoko Hacievskinin köməkçisi olmağa razılıq verib. O, "Bakı"da seleksiya işləri ilə məşğul olmaqla yığma komandadakı iş yerini itirməyəcək.

Futbolçu kimi Azərbaycan yığma komandasının kapitanı olmuş Süleymanov "Xəzər-Lənkəran" klubunun ilk baş məşqçisi kimi yadda qalıb.

Xəbər lenti

Xəbər lenti