...

Fransa səfirliyi Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasına vaxtında viza verilməməsinə aydınlıq gətirib

Cəmiyyət Materials 4 İyul 2008 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul/ Trend , müxbir R.Ergün/ Fransanın Azərbaycandakı səfirliyi Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasına vaxtında viza verilməməsinə aydınlıq gətirib.

Səfirliyin mətbuat katibliyindən cümə günü Trend -a bildiriblər ki, vizanın alınması üçün ən azı 5 gün qabaqcadan sənədlər səfirliyə təqdim olunmalıdır. Azərbaycanın Çimərlik Futbolu Federasiyası isə, sənədləri gec təqdim etdiyindən, səfirlik vaxtında viza problemini həll edə bilməyib.

Trend -un arayışı: Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası iyulun 4 - də Avropa Liqası yarışı çərçivəsində, Fransanın Tin şəhərində bu ölkənin millisi ilə oynamalı idi. Fransanın Azərbaycandakı səfirliyi yığma komandanın üzvlərinə viza vermədiyi üçün, səfər baş tutmayıb. Fransa - Azərbaycan oyunu keçirilsə idi, qalib yarımfinal mərhələsində Türkiyə - İngiltərə cütünün qalibi ilə görüşəcəkdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti