...

Prokuror Azərbaycanın sabiq nazirinə verilən cəzanın dəyişdirilmədən saxlanılmasını istəyib

Cəmiyyət Materials 8 İyul 2008 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / , müxbir K.Zərbalıyeva/ Prokuror Azərbaycanın sabiq iqtisadi inkişaf nazirinə verilən cəzanın dəyişdirilmədən saxlanılmasını xahiş edib.

Çərşənbə axşamı Bakı Apellyasiya Məhkəməsində korrupsiya cinayətlərində ittiham olunan sabiq nazir Fərhad Əliyev və onunla birgə həbs olunmuş nazirliyin sabiq əməkdaşlarının barələrindəki hökmdən verilən şikayət üzrə proses davam etdirilib.

Trend -un məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını, apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş edib.

Vəkillər prokurorun çıxışını ədalətsiz hesab ediblər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə, əmlakı müsadirə olunmaqla, sabiq nazir Fərhad Əliyev 10, qardaşı Rafiq Əliyev isə, 9 il azadlıqdan məhrum edilib. Məhkəmə Fərhad və Rafiq Əliyev qardaşlarının həbsdən azad olunduqdan sonra 5 il müddətinə dövlət vəzifəsi tutmalarını qadağan edən qərar da çıxarıb.

Sabiq iqtisadi inkişaf naziri Əliyev və onun qardaşı, "Azpetrol" şirkətinin keçmiş prezidenti Rafiq Əliyev 2005 -ci ilin oktyabrında həbs ediliblər. Həmin vaxt onların hər ikisi dövlət çevrilişi və kütləvi iğtişaşlar hazırlamaqda ittiham edilib.

Sonradan Əliyevə Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən mənimsəmə (179-cu), qanunsuz sahibkarlıq (192), vəzifə səlahiyyətlərindən sui-istifadə (308), rüşvətalma (311), vəzifə saxtakarlığı (313), qardaşı Rafiq Əliyevə isə, vergi ödəməkdən yayınma (213) və qaçaqmalçılıq (206) maddələri ilə ittiham elan edilib.

Fərhad və Rafiq Əliyevlərə qarşı dövlət çevrilişi və kütləvi iğtişaşlar hazırlanması ilə bağlı elan olunan ittihamlar ayrıca icraata götürülüb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti